Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
sizinxeber.az xəbər saytı

Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”


“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”.

Sizinxeber.Az xəbər verir ki,bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.

“Biz inanırıq ki, bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq”, - deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınmasından da danışıb.

“Biz tarixi İpək Yolunu relslər üzərində canlandıran orta dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk. Türkiyə-Gürcüstan əlaqələrinin mühüm sütununu regional əməkdaşlıq layihələri təşkil edir. Biz nəqliyyat və enerji layihələri üzərində işləmək istəyimizi təsdiq etdik”, - deyə Ərdoğan bəyan edib.

İrakli Kobaxidze isə bildiirb ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir.

“Müxtəlif strateji layihələri müzakirə etdik. Bu sahədə də strateji tərəfdaşlığımızı inkişaf etdirmək çox vacibdir”, - Kobaxidze deyib.

Oxşar xəbərlər

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə Azərbaycanla dövriyyəni 15 milyard dollara çatdırmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər