Kainatı yenidən ixtira edək! - Jan Kristof Bas
Kainatı yenidən ixtira etməliyik. Ən mühüm dəyərləri müəyyənləşdirməliyik. Bu forumların əhəmiyyəti böyükdür. Amma biz dialoqun kənarına çıxıb, hədəfimizi müəyyənləşdirib ona doğru irəliləməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyada çıxışı zamanı deyib.
O təklif edib ki, forumun nəticəsində çoxtərəfli iştirakçılarla birgə qlobal sazişi həyata keçirməklə bağlı ciddi addım atmalıyıq.
Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirəsi və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.
Oxşar xəbərlər
Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valdis Zatlers: “Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-də “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə brifinq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












