İsraildə xəsarət alanlar arasında azərbaycanlılar var?
sizinxeber.az xəbər saytı

İsraildə xəsarət alanlar arasında azərbaycanlılar var?


Bu ana qədər İsraildəki hadisələr zamanı xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycanın İsraildəki səfirliyi tərəfindən tezliklə vətəndaşlarımıza müraciət dərc olunacaq, qaynar xətt yaradılacaq", - deyə əlavə edilib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oxşar xəbərlər

İsraildəki hadisələrdə həlak olan və ya yaralanan Azərbaycan vətəndaşları barədə AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livanla sərhəd yaxınlığında vətəndaşların təxliyyəsinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər