sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub
Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Sizinxəbər.Az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Mövqelərimizə partlayıcı vasitələr atıldı - RƏSMİ
Ordumuzun mövqeləri yenə atəşə tutuldu
Ermənistanın növbəti təxribatının qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













