"Az qazanan taksilər daha aşağı, çox gəlir əldə edənlər isə ona uyğun olaraq vergi ödəcəyəcəklər".
Sizinxeber.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarlan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, vergi nəzarətinin gücləndirilməsi bloku üzrə də dəyişikliklərə nəzər saldıqda, taksi xidmətləri üzrə vergi inzibatçılığının dəyişməsi nəzərdə tutulur:
"Bu gün vergi fərqlənmə nişanının alınması şəklində həyata keçirilir və sabit şəkildə gəlirinin az və ya çox olmasından asılı deyil, yəni 18 manat məbləğində vergi ödənişi aparılır.
Hazırkı təklif isə daha balanslı və gəlir əsaslı vergi modelinin tətbiqidir, yəni operatorlar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə taksi fəaliyyəti göstərənlərin inzibatçılıq yükünün aradan qaldırılması, eyni zamanda, onlara çatacaq məbləğlərdən dövlətə 1% məbləğin tutulması ilə gəlirdən verginin tutulması şəklində keçir".