"Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq..."
"Erməni mənbələrinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Bu mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil", - deyə politoloq qeyd edib.
Oxşar xəbərlər
Paşinyan Rusiyadan üz döndərdiyini rəsmən elan etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın baş naziri: “Daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidəki erməni evləri kimlərə veriləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












