AZAL-ın yeni prezidenti kimdir? - DOSYE
sizinxeber.az xəbər saytı

AZAL-ın yeni prezidenti kimdir? - DOSYE


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə, S.Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 

Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib.

O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.

S.Rzayev 2017-ci ildən “Bravo” supermarketlər şəbəkəsində satış müdiri olub.

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Oxşar xəbərlər

İlham Əliyev AZAL-a prezident təyin etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elm və təhsil nazirinə yeni müavin təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jurnalist Şahin Rzayev azadlığa buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər