Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir
Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm
Azərbaycan Prezidenti: Bizə sabit neft hasilatı lazımdır və investorlar qarşısında bu vəzifəni qoymuşuq
Azərbaycan Prezidenti: “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır”
Bu halda sülh müqaviləsi olmayacaq - Prezident
Azərbaycan lideri: "SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













