Nazir: “Antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib”
sizinxeber.az xəbər saytı

Nazir: “Antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib”


“Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində yeni holdinq yaradılır:

“Biz başqa formada işlər aparırıq. Ümumilikdə, Azərbaycanda iki mindən artıq çeşiddə müdafiə təyinatlı məmulat istehsal edilir”.

Nazirin sözlərinə görə, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların alınması üçün müraciətlərin sayı artmaqdadır. Belə ki, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın istehsal etdiyi hərbi məhsullara tələbat həddən çox artıb.

Mədət Quliyev əlavə edib ki, 30-a yaxın dövlət silah-sursat almaq üçün müraciət edib:

“Müraciətlərə baxılıb, hazırda müraciətlərin sayı artır. Qeyd etməliyəm ki, ABŞ də bizdən silah alır”.

Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.

Oxşar xəbərlər

Mədət Quliyev: “Azərbaycanda 800-dən çox yeni silah növü üzərində işlər aparılır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədət Quliyev vəzifəsindən azad edildi, yerinə təyinat var - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirlərindən sonra Qarabağda 3 000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Eyvazov: “Antiterror tədbirlərindən sonra Qarabağda xeyli sayda silah-sursat aşkarlanıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna və NATO ortaq silah istehsalına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər