"COP29-da Fransaya sərt etiraz"Haber Global
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində Fransaya sərt etirazlar səslənib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalı xüsusi süjet hazırlayıb.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışına diqqət yetirilib.
"Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır", - deyə prezident bildirib.
Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı deyib ki, rəsmi Paris ada torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır:
"Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.".
Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.
Daha ətraflı Haber Global-ın süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
“Haber Global” Azərbaycan Prezidentinin ekoloji çirklənməyə görə Parisi tənqid etdiyi çıxışı işıqlandırıb
“Haber Global” Azərbaycan Prezidentinin COP29-un Liderlər Sammitindəki çıxışına dair süjet hazırlayıb
COP29-da müstəmləkəçi dövlətlərin əsarətdə saxladıqları ərazilərdəki ekoloji cinayətlərinə etiraz edilib
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, Prezident tədbirdə iştirak edib - YENİLƏNİB 1 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
