Prezident: “Danışıqları elə aparırdıq ki, məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək”
“Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
“Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Prezident: “Bizimlə hədə-qorxu dili ilə, yaxud təkəbbürlə davranmaq mümkün deyil”
Prezident İlham Əliyev: “Üçtərəfli Bəyanatın o şərtlərlə qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur”
Azərbaycan Prezidenti: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”
Prezident İlham Əliyev telekanallara müsahibəsində separatçıların başçıları ilə bağlı mövqeyindən danışıb
Prezident: “Yeni Laçın-Xankəndi yolunun çəkilməsi 23 aprel hadisələrinin təməlini qoymuşdu”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












