Prezident: “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi”
“23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:
“Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi”.
Oxşar xəbərlər
Prezident: “Yeni Laçın-Xankəndi yolunun çəkilməsi 23 aprel hadisələrinin təməlini qoymuşdu” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "44 gün ərzində apardığımız hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror əməliyyatı daha qısa müddət ərzində tamamlanmışdı? - Prezident AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Bizimlə hədə-qorxu dili ilə, yaxud təkəbbürlə davranmaq mümkün deyil” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev telekanallara müsahibəsində separatçıların başçıları ilə bağlı mövqeyindən danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












