Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Sizinxəbər.az-ın məlumatına əsasən, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Sərəncamda bildirilir ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur:
"Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".
Oxşar xəbərlər
Prezident Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidəki küçələrin yeni adları [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Dövlət Agentliyinə 17 milyon manat vəsait ayırdı - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə Putinin seçkilərdəki reytinqinə mənfi təsir edə bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












