Ermənistan Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir - Prezidentin köməkçisi
sizinxeber.az xəbər saytı

Ermənistan Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir - Prezidentin köməkçisi


Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, son dövrlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb.

“Ermənistan hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”,- deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Oxşar xəbərlər

Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçılar mülki şəxsləri hərbi təyinatlı obyektlərə CƏLB EDİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: “Antiterror tədbiri lokal və məhdud xarakter daşıyırdı” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ordumuz erməni mövqelərini darmadağın edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər