Ermənilər ağ bayraq qaldırdı və təslim oldu - Rəsmi
sizinxeber.az xəbər saytı

Ermənilər ağ bayraq qaldırdı və təslim oldu - Rəsmi


Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumatda deyilir.

Bildirilir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.


Oxşar xəbərlər

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb
Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox hücum olub
Hər zaman Azərbaycanın yanında olacağıq - Türkiyə milli müdafiə naziri
Qarabağdakı separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verilib - RƏSMİ
Bakının Qarabağla bağlı bəyanatını nəzərə alırıq - Nikol Paşinyan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər