“Ağ bayraq qaldırın, Yevlaxda görüşək!” - Rəsmi Bakı
sizinxeber.az xəbər saytı

“Ağ bayraq qaldırın, Yevlaxda görüşək!” - Rəsmi Bakı


Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.

sx.buludhost.com xəbər verir ki, bu barədə administrasiyanın məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterrorla çatacağımız hədəflər – Azərbaycan ən doğru olanı edir! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağda yaşayan ermənilərin qeydiyyatı başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda görüş başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər