Azərbaycan lideri: "Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini canlandıracaq"
sizinxeber.az xəbər saytı

Azərbaycan lideri: "Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini canlandıracaq"


"Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır".

Sizinxəbər.Az-ın məlumatına görə,bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti bildirib ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

"Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.

İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar", - deyə dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər

Prezident Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “İstedadlı gənclərimizin xarici ölkələrdə təhsilinə dövlətimiz lazımi dəstəyi təmin edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün teatr binası tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər