İlham Əliyev fərman imzaladı
sizinxeber.az xəbər saytı

İlham Əliyev fərman imzaladı


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Sizinxəbər.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.

Oxşar xəbərlər

Bakı bu tədbirə ev sahibliyi edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qoşulduğu “Poçt ödəniş xidmətləri haqqında Saziş” və onun Yekun Protokolu yenilənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Dövlət Agentliyinə 17 milyon manat vəsait ayırdı - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər