Prezident: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və hökumətinin iradəsinə təsir göstərə bilməz”
“Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə, qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti, əsasən, dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlib”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
“Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Əliyevdən İrəvana xəbərdarlıq: Gözləyirik! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “TDT ölkələri arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlıq artmalıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İraq prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq Prezidenti: "Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












