Tramp məşhur aktyorları özünün Hollivuda xüsusi elçiləri təyin edib
sizinxeber.az xəbər saytı

Tramp məşhur aktyorları özünün Hollivuda xüsusi elçiləri təyin edib


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivuda xüsusi elçiləri təyin edib.

“Sizinxeber.az” xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

“Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, - o bildirib.

Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.

ABŞ-ın yeni seçilmiş prezidenti həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.

Oxşar xəbərlər

Tramp Stallone, Voyt və Gibsonu Hollivudda xüsusi elçiləri təyin edib
Tramp: Kaliforniya qubernatoru istefa verməlidir
Tramp qudasının ABŞ-nin Fransadakı səfiri təyin edilməsinə münasibət bildirib
Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin edib
Tramp qudasını Yaxın Şərq üzrə müşavir təyin etmək qərarına gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər