Ceniffer Lopezə keçmiş nişanlısından mesaj: Ya bu, ya da...
Cennifer Lopezə Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciətindən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj gəlib.
Sizinxeber.az xarici mediaya istinadən xəbər verir ki, Cennifer Lopez iki illik əri Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra keçmiş nişanlısı Aleks Rodriqesdən mesaj alıb.
Aleks Cennifer Lopezin Ben Affleklə münasibətini rəsmən bitirmək üçün çərşənbə axşamı məhkəməyə müraciət etdiyini öyrənib. Bundan dərhal sonra keçmiş nişanlısı Aleks Rodriqesdən sosial mediada mənalı bir yazı gəlib.
49 yaşlı keçmiş beysbolçu Rodriqes "Ya bu, ya da başqa, istiqaməti təyin edən də sən olacaqsan" deyə mesaj paylaşıb.
Qeyd edək ki, 55 yaşlı Rodriqes və Lopez münasibətlərinə 2017-ci ildə başlayıblar, iki il sonra nişanlanıblar. Cütlük 2021-ci ilin aprelində münasibətlərinə son qoyub.
Oxşar xəbərlər
Cennifer Lopez və Ben Afflek boşanır
Cennifer Lopez timsah dərisindən hazırlanmış 150 minlik çantası - FOTO
Cennifer Lopez üzüyünü çıxardı - FOTO
Röyanın keçmiş həyat yoldaşı üçüncü xanımından da boşanır
Məhkəmə işi: "Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











