Bu gün II Qlobal Media Forumuna yekun vurulacaq
Bu gün Şuşada iyulun 20-də start verilən II Qlobal Media Forumuna yekun vurulacaq.
"Sizinxeber.az"un Şuşaya ezam edilən müxbirinin məlumatına əsasən sonuncu iş günü iki panel baş tutacaq.
"Haber Global" təmsilçisi, televiziya aparıcısı Saynur Tezelin moderatorluğu ilə "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələri keçiriləcək.
Daha sonra forumun dördüncü, sonuncu panelində iştirakçılar "Riqa TV24" və "Radio Latviya"nın aparıcısı və prodüsseri Ansis Bogustovsun moderatorluğu ilə "İqlim hərəkatı və media" mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.
Bundan başqa, Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat edəcək.
Bununla yanaşı, Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












