Deniz Güçer: Uşaqların zərərli teleyayımlardan müdafiəsinə diqqət ayrılmalıdır
Bu Forumda bir araya gələn ölkələrin teleyayımı tənzimləyən orqanları uşaqların zərərli verilişlərdən müdafiəsinə diqqət ayırmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qara dəniz Yayımı Tənzimləyici Orqanlarının Baş katibi Deniz Güçer Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanlarının Forumunun (BRAF) XI toplantısında "Media xidmətlərində uşaqların müdafiəsi" mövzusuna həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, sözügedən mövzuda səlahiyyətli orqanlar səfərbər olmalıdır:
"Media və uşaqlar çox həssas mövzudur və harada olmağımızdan asılı olmayaraq hər birimizə təsir edir. Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq ümumi problemimizdir. Çünki uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar. Bu gün təşkil olunmuş regional platformada media xidmətlərində uşaqların müdafiəsi sahəsində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub".
Oxşar xəbərlər
Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNICEF: 2024-cü ildə müharibədən zərər çəkmiş uşaqların sayı rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun bir qrup iştirakçısı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













