II Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinə gəzintiyə çıxıblar - FOTO
II Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinə gəzintiyə çıxıblar.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, gəzinti zamanı qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, eləcə də işğal dövrü ilə bağlı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Qeyd olunub ki, şəhərdə tarixən mədəniyyət və təhsil sahələri geniş inkişaf edib.
Vurğulanıb ki, şəhər Ermənistanın işğalı nəticəsində 28 il işğal dövrünü yaşayıb.
Şəhər işğaldan azad olunduqdan sonra burada genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılıb. Bu işlər çərçivəsində tarixi abidələrin bərpasına xüsusi önəm verilib.
Şuşanın tarixi ənənələri barədə də məlumat alan qonaqların diqqətinə çatdırılıb ki, Cıdır düzü tarixən ecazkar at yarışlarına da ev sahibliyi edib.
Qonaqlar Şuşanın tarixi şəxsiyyətləri ilə bağlı da məlumatlandırıb
Gəzinti zamanı erməni vandalizmindən də danışılıb.
Qeyd olunub ki, işğal dövründə Qarabağda çox sayda vandalizm aktları həyata keçirilib.
Xarici ekspertlər məlumatları diqqətlə dinləyib, bir sıra suallar ünvanlayıblar.
Qeyd edək ki, gəzinti çərçivəsində qonaqlar Cıdır düzü, "Gövhər ağa" məscidi, eləcə də Şuşa "ASAN Xidmət" Mərkəzi və digər məkanları ziyarət edəcək.
Oxşar xəbərlər
II Şuşa Qlobal Media Forumu işə başlayır - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












