Həmid Həmidov: Solovyovun kim olduğunu çox yaxşı bilirik
sizinxeber.az xəbər saytı

Həmid Həmidov: Solovyovun kim olduğunu çox yaxşı bilirik


Azərbaycan Mətbuat Şurası Rusiyanın daha çox qərəzli çıxırşları ilə tanınan teleaparıcısı Vladimir Solovyovun Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı son açıqlamaları ilə bağlı bəyanat yayaraq, jurnalistin son çıxışını pisləyib.

"Report"un məlumatına görə, tanınmış jurnalist Həmid Həmidov "Baku TV"nin süjetində mövzu ilə bağlı ekspert rəyini bölüşüb.

“Solovyov “Crocus City Hall””un sahiblərinin azərbaycanlı olmasına diqqət çəkərək, saxlanılan cinayətkarlar arasında bizim ölkənin də vətəndaşlarının olduğunu iddia edib. Mətbuat Şurasının açıqlamasında bildirilir ki, rusiyalı təbliğatçı öz eyhamları ilə Azərbaycana qarşı informasiya təxribatı həyata keçirib”, - süjetdə deyilir.

"Solovyovun kim olduğunu çox yaxşı bilirik. Ermənipərəst və Azərbaycanla bağlı hər şeyə nifrət edən adam. Bu cür açıqlamalar vermək olmaz, xüsusən bunu efirdə edirsən, üstəlik tanınmış şəxs, jurnalist. Buna görə də belə hal yolverilməzdir. Bir daha deyirəm - əminəm ki, bu, qəsdən edilib. O, çox yaxşı başa düşür ki, onlar (terrorçular-red) azərbaycanlılar deyil, buna baxmayaraq, Rusiyada kütlənin şüuruna elə bir fikir yürüdür ki, terrorçulardan biri azərbaycanlıdır.

Solovyov bunu Moskvada Azərbaycana nifrət hissini artırmaq üçün edir. Bu onun nəyinə lazımdır? Onun kim olduğunu, kimin üçün işlədiyini bilirik. Hesab edirəm ki, efirə çıxmalı, səhv etdiyini söyləməli və mütləq üzr istəməlidir", - H.Həmidov deyib.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

“Crocus City Hall”un yerində məbəd inşa oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FTX: Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Crocus City Hall”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada terror aktında 41 yaşlı azərbaycanlı həlak olub - RƏSMİ - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada terror aktında ölənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər