AZƏRTAC vakansiya elan edib
AZƏRTAC Azərbaycan dili üzrə redaktor vəzifəsinə vakansiya elan edib.
"Sizinxeber.az" xəbər verir ki, vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.
- Azərbaycan dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü;
Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;
Namizədlərdən özləri haqqında məlumatı 2024-cü il fevralın 10-dək ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər
AZAL “Təyyarə bələdçisi” vəzifəsinə işə qəbulu davam etdirir
Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqəyə sənəd qəbulu aparılır
Azərbaycanda vakansiya bankında 10 min manata yaxın əməkhaqqı təklif olunan işlər var
Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı AÇIQLAMA
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













