Sizinxeber.az » Media » “Biznes mühiti üzrə islahatların kommunikasiyası“ mövzusunda media qurumları ilə görüş keçirilib

“Biznes mühiti üzrə islahatların kommunikasiyası“ mövzusunda media qurumları ilə görüş keçirilib

  • 25-10-2024, 15:50
  • Media
  • 0
  • 756

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə Bakı KOB Evində “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin mühüm rolu vardır, bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.

Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.

Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.

Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsinin müəyyən edilib və media qurumları ilə koordinasiya məsələləri ilə bağlı təkliflər təqdim olunub.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib