Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı olub
sizinxeber.az xəbər saytı

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı olub


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA Media Qrupun qonağı olub.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki qardaş ölkə arasında media sahəsində əməkdaşlıq imkanları və birgə informasiya təşəbbüsləri müzakirə olunub.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı səfir Birol Akgünə rəhbərlik etdiyi media qurumunun fəaliyyəti, strukturu və nəzdində fəaliyyət göstərən informasiya platformaları barədə ətraflı məlumat verib.

Vüsalə Mahirqızı, həmçinin, iki ölkənin media quruluşları arasında müxtəlif platformalarda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, bu kontekstdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı ola biləcəyini vurğulayıb.

Öz növbəsində, səfir Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, media və informasiya mübadiləsi sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat bildirib ki, hər iki ölkənin media qurumları arasında sıx təmaslar, təcrübə və informasiya mübadiləsi regional və beynəlxalq informasiya siyasətində ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Səfir qeyd edib ki, media sahəsində koordinasiyalı fəaliyyət, birgə təşəbbüslər və informasiyanın obyektiv, zamanında yayılması iki qardaş ölkə arasında strateji tərəfdaşlığın mühüm dayaqlarından biridir.

Görüşdə regionda və dünyada gedən proseslər fonunda ortaq maraq doğuran məsələlər, dezinformasiya ilə mübarizə və gələcək əməkdaşlıq mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri “APA Media Group”un qonağı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə səfiri Mətbuat Şurasında olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın Azərbaycandakı səfirinin müavini APA Media Qrupda olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər