Türkiyə səfiri Mətbuat Şurasında olub - FOTO
Azərbaycan Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirilib.
Mətbuat Şurasından Sizinxeber.az-ya verilən xəbərə görə, səfirin Şuranın İdarə Heyətinin üzvləri ilə tanışlığı məqsədi daşıyan və Türkiyə Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin də qatıldığı görüşdə MŞ sədri Rəşad Məcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsini rəhbərlik etdiyi qurumla, onun beynəlxalq ələqələri ilə bağlı məlumatlandırıb.
Rəşad Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsirini göstərməsi sevindiricidir, mövcud amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. MŞ sədri bu baxımdan diqqətçəkən cəhətlərdən söz açaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.
Səfir Birol Akgün çıxışında Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, eyni zamanda, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açıb, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rolu qabardıb. B.Akgün, həmçinin, ümumən Səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.
Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Sizinxeber.az Media Group"un baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, “İki sahil qəzeti”nin baş redaktoru Vüqar Rəhimzadə, Bayraqdar Media-nın rəhbəri Azər Həsrət, politoloq Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları Türkiyənin və Azərbaycanın mediası orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər. Toplantıda qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri “APA Media Group”un qonağı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində jurnalistlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












