Keçmiş model indi zibil qutularından yemək toplayır - Foto
sizinxeber.az xəbər saytı

Keçmiş model indi zibil qutularından yemək toplayır - Foto


Bir vaxtlar məşhur model və fitnes məşqçisi olan Loni Uillison hazırda Los-Anceles küçələrində evsiz həyat sürür.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 2000-ci illərdə böyük şöhrət qazanan Uillison 1,6 milyon dollarlıq sərvətini itirərək müflis olıub.

Qeyd edək ki, 1983-cü ildə anadan olan amerikalı model karyerasının qızıl dövrünü 2000-ci illərdə yaşayıb. Atletik bədən quruluşu və gözəlliyi ilə fitnes dünyasının ikonik simalarından birinə çevrilən Uillison 2012-ci ildə məşhur “Malibu xilasediciləri” (“Baywatch”) serialının ulduzu Ceremi Ceksonla evlənib. Lakin 2014-cü ildə baş verən qalmaqallı boşanma onun böyük bir uğursuzluğunun başlanğıcı olub. Boşanmadan sonra ciddi psixoloji problemlər və spirtli içki aludəçisinə çevrilən Uillison 2016-cı ildə bütün var-dövlətini itirərək cəmiyyətdən təcrid olunub və 2018-ci ildən bəri Los-Anceles küçələrində səfil həyat yaşayır.

Oxşar xəbərlər

Tanınmış model indi çörək satır - Foto
Tağı Əhmədov vəfat etdi
Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?
Xalıq Rəhmanova yüksək vəzifə verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər