Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır
sizinxeber.az xəbər saytı

Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır


Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.

Bu barədə Sizinxeber.az-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.

Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Oxşar xəbərlər

Xidmət rəsmisi: Sentyabrda havanın temperaturu iqlim normasından yüksək olub
43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb - Azərbaycanda il ərzində müşahidə olunan hava
2024-cü ildə Bakı və Abşeronda orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub
Ötən ay Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub
Umayra Tağıyeva: Fevralın ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle