ABŞ Konqresi UNO məlumatlarını açıqlamağa qərar verib
ABŞ Konqresi uçan naməlum obyektlər (UNO) haqqında məlumatların məxfilikdən çıxarılmasına icazə verən qanun layihəsini dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edilir ki, qanun ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yenilik naməlum anomal hadisələrə, naməlum mənşəli texnologiyalara və qeyri-insani intellektə aid olan dövlət sənədlərinin ictimaiyyətə açıqlanacağını nəzərdə tutur.
Sənədlər yaradıldıqdan sonra 25 il ərzində dərc edilməlidir.
Konqres tərəfindən qəbul edilən qanun layihəsinin son versiyası, Prezidentin milli təhlükəsizliyə təhdid olduğuna qərar verəcəyi təqdirdə məlumatın yayımlamamasına imkan verən bənd əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) onilliklər ərzində naməlum uçan obyektləri (UNO) axtaran xüsusi məxfi şöbəsi var idi.
Oxşar xəbərlər
Hərbçilərin pensiya yaşı ARTIRILIR
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır
Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq
Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













