İslam Əməkdaşlıq Təşkialtı (İƏT) ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var.

Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

“Ötən il təsərrüfat sahəsində 2.5 milyard dollarlıq xarici ticarət reallaşdırmışıq”,-deyə o əlavə edib.

Qazaxıstan Prezidenti hesab edir ki, ortaq əməkdaşlıqlar əlaqələrin genişlənməsinə böyük töhfə verir:

“Beynəlxalq layihələr həyata keçirə, elm camisəsini, tələbələri bir yerə toplaya bilərik. Türk dünyası daxilində mədəni fəaliyyətlərin də artırılmasına ehtiyac var”.