Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb.

"Sizinxeber.az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Albaniyada Ermənistan baş nazirinin beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.