Göyçay rayonunda ötən həftə ağacdan yıxılan kişi ölüb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, rayonun Bığır kənd sakini, 1962-ci il təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.

Ağır bədən xəsarəti alan Q.Vahidov dünən yaşadığı evdə ölüb.

Fakt araşdırılır.