Qubada 63 yaşlı kişi ağacdan alma yığarkən yıxılaraq ölüb.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, hadisə Quba rayonu ərazisində yerləşən bağların birində qeydə alınıb.

Dünyasını dəyişən 1961-ci il təvəllüdlü Mömün Hilal oğlu Qasımovdur.

Faktla bağlı araşdırma aparılır.