Astarada 3-cü sinif şagirdi itkin düşüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.

Faktla bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, axtarış elan olunub. Azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.