Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək, yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü, 2002-ci il təvəllüdlü İ. Niftalıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.