Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Fransanın Sərhəd Xidməti tərəfindən saxlanılıb, onun kompüteri və telefonu müsadirə edilib.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Fransa tərəfindən əməkdaşa vaxtında viza verilməyib.

Moskva Parisdən izahat tələb edib, Fransa səfiri Rusiya XİN-ə çağırılıb.