Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzovunu qaldırarkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.