Sumqayıt şəhərində fərdi evdə çalışan ustanı elektrik cərəyanı vurub.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə işləyərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.