Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək