Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşən DEM partiya heyətini qəbul etməyə hazır olduğunu açıqlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə o, jurnalistin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, İmralı heyəti ilk görüş tələblərinə mənfi cavab alıblar.