İranın paytaxtı Tehranın şərqindəki hərbi obyektlərdən birində yanğın, ardınca isə partlayış baş verib.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir hərbçi ölüb.

Həmçinin yanğının söndürülməsinə cəlb olunan briqadanın on üzvü xəsarət alıb.

Onlardan altısı xəsətəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ məlum deyil.