Humanitar yardımların Qəzzaya müntəzəm şəkildə çatdırılması regionda atəşkəsin davamlı olması üçün şərtdir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib. 

O bildirib ki, İsrailin Qəzzaya humanitar yardımı dayandırması qəbuledilməzdir: "Bu, beynəlxaılq hüququn pozulmasıdır. Yaxın Şərqdə davamılı sabitlik yalnız fələstinlilərin ədalətsizliyə son qoyulması ilə mümkündür". 

Qeyd edək ki, İsrail daha əvvəl Qəzzaya humanitar yardımların dayandırılmasını elan edib.