Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, yarış yanvarın 21-26-sı aralığında baş tutacaq.

İbrahim Əliyev məşqçi Teymur Abbasovun rəhbərliyi altında görüşlərə çıxacaq.