Trampla birinci prezidentlik dövründən başlayan dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllindən də danışıb.

“Ən yaxşısı sülhdür, müharibə ilə bir nəticə əldə etmək olmaz. Biz bunu cənab Trampla danışıqlarımız zamanı müzakirə edəcəyik və buna uyğun addımlar atacağıq”, - dövlət başçısı vurğulayıb.