Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə 76-cı məhəllədə yerləşən yeni tikililərin birində qeydə alınıb.

Meyiti aşkarlanan şəxs 1981-ci il təvəllüdlü Beyrək Telman oğlu Zeynalovdur.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.