Sumqayıtda üzərində zorakılıq əlamətləri olan 69 yaşlı kişinin meyiti tapılıb.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, hadisə 26-cı məhəllədə qeydə alınıb.
1955-ci il təvəllüdlü Dadaş Rafəddin oğlu Nəzərovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.