Sumqayıtda yeniyetmənin qətlinə görə saxlanılanlar var.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

***

16.01

Sumqayıtda qətl hadisəsi olub.

Sizinxeber.az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır.